"Borussiya"nın sabiq qapıçısı karyerasını bitirəcək

"Borussiya"nın sabiq qapıçısı karyerasını bitirəcək

"Bazel"in qapıçısı Marvin Hitz karyerasını başa vuracaq.

QELEBE.AZ xəbər verir ki, qolkiper cari mövsümün sonunda futbolçu həyatını sonlandıracaq.

O, peşəkar karyerasında sonuncu oyununu mayın 17-də səfərdə "Luqano"ya qarşı keçirəcək.

Hitz daha öncə "Borussiya"nın formasını geyinib. Qapıçı 2022-ci ilin yayında Dortmund klubundan "Bazel"ə transfer olunub.

O, həmçinin "Volfsburq" və "Auqsburq" klublarında da çıxış edib.