"Bazel"in qapıçısı Marvin Hitz karyerasını başa vuracaq.
QELEBE.AZ xəbər verir ki, qolkiper cari mövsümün sonunda futbolçu həyatını sonlandıracaq.
O, peşəkar karyerasında sonuncu oyununu mayın 17-də səfərdə "Luqano"ya qarşı keçirəcək.
Hitz daha öncə "Borussiya"nın formasını geyinib. Qapıçı 2022-ci ilin yayında Dortmund klubundan "Bazel"ə transfer olunub.
O, həmçinin "Volfsburq" və "Auqsburq" klublarında da çıxış edib.