“Sabah” Çempionlar Liqasında məğlub oldu
"Sabah" basketbol klubunun U-18 komandası Çempionlar Liqasında növbəti oyununu keçirib.
QELEBE.AZ xəbər verir ki, Azərbaycan təmsilçisi bu gün 5-8-ci yerlər uğrunda matça çıxıb.
Serbiya təmsilçisi "Borats"la qarşılaşan "bayquşlar" 60:67 hesabı ilə uduzublar. Qarşılaşma Bosniya və Herseqovinada reallaşıb.
Xatırladaq ki, "Sabah"ın U-18 komandası ötən gün B qrupunda Almaniyanın "Porşe BBA Lyudviqsburq" kollektivini məğlub edib -72:61. "Bayquşlar" ilk oyunda Bosniya və Herseqovina təmsilçisi "İqokea"ya 58:88 hesabı ilə uduzub.

https://qelebe.az//uploads/photo/sabah-chempionlar-liqasinda-meglub-oldu.webp