“Sumqayıt”ın futbolçusu: “VAR-ın kömək edib-etmədiyini müəyyənləşdirə bilmirik”

“Sumqayıt”ın futbolçusu: “VAR-ın kömək edib-etmədiyini müəyyənləşdirə bilmirik”

“Video köməkçi hakimlərin (VAR) oyunlar zamanı kömək edib-etmədiyini müəyyənləşdirə bilmirik. Bu sisteminin hansı prinsiplə çalışdığını biz də “tutmaqda” çətinlik çəkirik”.

Bunu “Report”a açıqlamasında “Sumqayıt”ın futbolçusu Elvin Bədəlov “Neftçi”yə 0:2 hesabı ilə məğlub olduqları Premyer Liqanın XXI tur oyunundakı hakim qərarları barədə danışarkən deyib.

28 yaşlı müdafiəçi qarşılaşmada buraxdıqları ilk qolda hakim səhvinin olduğunu düşünür: “Buraxdığımız birinci qol bizi ruhdan saldı. Halbuki həmin qol sayılmamalı idi. Çünki aşkar kobudluq var idi. Vojislav Stankoviç dirsəyi ilə Murad Xaçayevi vurdu. Ümumiyyətlə, klublar son vaxtlar hakimliklə bağlı çox problemlər yaşayırlar. Anlaşılmaz qərarlar verirlər”.

Bədəlov “Neftçi”nin hücumçusu Mateus Saldanya ilə mübarizə apardığı ikinci qol epizodunu da dəyərləndirib: “Orada ikili mübarizə gedirdi. Topa başla toxunduğum anda Saldanya əlimdən dartırdı. Ancaq düşünürəm ki, top uğrunda mübarizə idi. Daha çox ilk qolun qeydə alınması qərarını yanlış hesab edirəm. Artıq buraxılan ikinci topdan sonra oyunu xilas edə bilmədik”.

Azərbaycan millisinin üzvünün fikrincə, məğlubiyyətə layiq oyun göstərməyiblər: “Neftçi”yə qarşı yaxşı oynadıq, qol vəziyyətləri yaratdıq. Bu cür rəqibə qarşı geridönüş etmək çətindir. Düzdür, hər iki hissədə fərqlənmək üçün imkanlarımız oldu. Təəssüf ki, son nöqtəni qoymaq çatışmadı”.

Elvin Bədəlov mövsümün ilk yarısı ilə müqayisədə komandasının toparlandığını vurğulayıb: “Qış təlim-məşq toplanışından sonra daha yaxşı olacağımıza əmin idim. Fasilədən sonra keçirdiyimiz matçlar komandada inkişaf olduğunu göstərdi. İnanıram ki, turdan-tura daha güclü olacağıq”.

Qeyd edək ki, “Sumqayıt” 15 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşır.

Futbol
Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu açıqlanıb

Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu açıqlanıb

Futbol
"Liverpul" 3 futbolçusunu satışa çıxarıb

"Liverpul" 3 futbolçusunu satışa çıxarıb

Futbol
“Qarabağ” "Neftçi"ni öz meydanında darmadağın edib

“Qarabağ” "Neftçi"ni öz meydanında darmadağın edib

Futbol
Joze Mourinyo Portuqaliya millisinin təklifini rədd edib

Joze Mourinyo Portuqaliya millisinin təklifini rədd edib

Futbol
Canni de Byazi iki futbolçudan imtina edib

Canni de Byazi iki futbolçudan imtina edib

Futbol
"Mançester Yunayted"in futbolçusu yenidən saxlanılıb

"Mançester Yunayted"in futbolçusu yenidən saxlanılıb

Futbol
“Qarabağ” Azərbaycanın UEFA reytinqindəki xalını artırıb

“Qarabağ” Azərbaycanın UEFA reytinqindəki xalını artırıb

Futbol
Ayxan Abbasov: "Bizim üçün hər xal önəmlidir"

Ayxan Abbasov: "Bizim üçün hər xal önəmlidir"

Futbol
PFL beynəlxalq yayım şirkəti ilə danışıqlara başlayıb

PFL beynəlxalq yayım şirkəti ilə danışıqlara başlayıb

Futbol
UEFA Çempionlar Liqasının final oyununu ABŞ-da keçirmək istəyir

UEFA Çempionlar Liqasının final oyununu ABŞ-da keçirmək istəyir

Futbol
Kərim Benzema “Qızıl top” mükafatını qazanıb

Kərim Benzema “Qızıl top” mükafatını qazanıb

Futbol
Tomas Heberli: "Azərbaycan millisi bizimlə eyni səviyyədədir"

Tomas Heberli: "Azərbaycan millisi bizimlə eyni səviyyədədir"