Ayın qolunun müəllifi mükafatlandırılıb
Azərbaycan II Liqasında "Ayın qolu" layihəsi çərçivəsində "Ağstafa Gəncləri" klubunun futbolçusu Əli Bağırov mükafatlandırılıb.
QELEBE.AZ xəbər verir ki, bunu PFL-in mətbuat xidməti açıqlayıb.
Fevralın ən yaxşı qolunun müəllifinə mükafatı XVIII turun "Ağstafa Gəncləri" – "Şirvan" qarşılaşmasından əvvəl Peşəkar Futbol Liqasının Media şöbəsinin rəisi Müzəffər Müzəffərli təqdim edib.

https://qelebe.az//uploads/photo/ayin-qolunun-muellifi-mukafatlandirilib.webp