“Neftçi”nin “9 nömrə”si ƏBƏDİLƏŞDİRİLİR

“Neftçi”nin “9 nömrə”si ƏBƏDİLƏŞDİRİLİR

"Neftçi"nin 9 nömrəli forması 2026/27 mövsümündən etibarən fevralın 23-də anadan olmasından 80 il ötən Anatoli Banişevskinin xatirəsinə əbədiləşdirilir. 

QELEBE.AZ xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"O, 16 il ərzində bu nömrəni şərəf və sədaqətlə geyindi. Bu formanı heç nəyə dəyişmədi. Bu nömrə altında saysız-hesabsız qələbə qolu vurdu, “Neftçi” adını yüksəklərə daşıdı. Bundan sonra da “Neftçi”nin 9 nömrəli forması əbədiyyətə qədər Anatoli Banişevskinin olacaq. Bu, fəaliyyətdə olduğu 89 il ərzində Azərbaycan futbolunu hər zaman irəli aparmış “Neftçi”yə, onun şanlı tarixinə, formasını geyinmiş yüzlərlə futbolçuya əfsanəvi Anatoli Banişevskinin simasında sərgilədiyimiz hörmətdir", - deyə bildirilib.