Laporta təsdiqlədi – “Barselona” Alvarez üçün təklif göndərib
“Barselona”nın prezidenti Joan Laporta Xulian Alvarezin transferi ilə bağlı danışıb.
Apasport.az xəbər verir ki, klub rəhbəri Kataloniya təmsilçisinin “Atletiko”ya rəsmi təklif göndərdiyini təsdiqləyib.
“Xulian üçün təklif göndərmişik və qərarı “Atletiko” verəcək. Təklifimiz çox yaxşıdır, amma bu, əbədi qüvvədə qalmayacaq”.
Laporta bildirib ki, baş məşqçi Hansi Flik və idman direktoru Deko argentinalı hücumçunun transferini istəyirlər. O, Madrid klubu təklifi qəbul etməyəcəyi halda alternativ variantlar üzərində işləyəcəklərini də vurğulayıb.
Qeyd edək ki, Xulian Alvarez ötən yay “Mançester Siti”dən “Atletiko”ya transfer olunub. 26 yaşlı hücumçu 2025/2026 mövsümündə bütün turnirlərdə 54 oyunda 31 qol vurub və 11 məhsuldar ötürmə edib.

https://qelebe.az//uploads/photo/laporta-tesdiqledi-barselona-alvarez-uchun-teklif-gonderib.webp