Qurban Qurbanov Nəriman Axundzadənin ABŞ klubuna transferinə münasibət bildirib

Qurban Qurbanov Nəriman Axundzadənin ABŞ klubuna transferinə münasibət bildirib

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov komandanın hücumçusu Nəriman Axundzadənin ABŞ klubuna transferi barədə danışıb.

Apasport.az xəbər verir ki, Qurban Qurbanov Misli Premyer Liqasının XIX turunda "Şamaxı" ilə səfərdə keçirilən matçdan sonra mətbuat konfransında ciddi danışıqların getdiyini bildirib.

“Sona yaxınlaşırıq. Hələlik tam qərar verilməyib. Bu gün də oyundan sonra bir futbolçu yaxınlaşıb deyir ki, mənə yaxşı təklif var. Getməyimi istəyirsiniz, yoxsa qalmağımı? Bir az sakitləşməyə çalışırıq. Yenə belə xəbərlər gəlir. Xoşagəlməz deməzdim, futbolçunu da başa düşmək lazımdır. Sadəcə, təkliflər elə yerlərdən gəlir ki, yalnız pula görə oraya getmək olar. Bunlara “yox” da demək olmur. Çalışırıq ki, oyunçuları oyunlara yaxşı hazırlayaq”, - Qurban Qurbanov söyləyib.

Qurban Qurbanov Bəhlul Mustafazadənin Çinə transferinin baş tutmamasına da münasibət bildirib.

“Bəhlul Mustafazadənin Çinə getməməsində sizin nə dərəcədə rolunuz oldu” sualına cavabında baş məşqçi bunları deyib: “Orada bir neçə detal oldu. Bəhlulun özü ilə danışıb, razılaşmışdım. Mən Bəhlulun tərəfində idim. Bəzi detallar var ki, dərinliyə getmək lazım deyil”.

Qeyd edək ki, "Qarabağ" klubu bu gün yaydığı açıqlamada Nəriman Axundzadə ilə bağlı MLS (ABŞ) təmsilçisi "Kolumbus Kru" (Columbus Crew) klubu ilə aparılan danışıqların yekun mərhələyə çatdığını bildirib.

“Tərəflər arasında razılıq əldə olunub. Mövcud razılaşmaya əsasən, 21 yaşlı forvardın qarşı tərəf ilə şəxsi müqavilə şərtlərinin müzakirə edilməsinə icazə verilib.

Prosesin növbəti mərhələləri ilə bağlı əlavə məlumat rəsmi şəkildə ictimaiyyətə təqdim olunacaq”, - deyə məlumatda vurğulanıb.

Futbol
Kadi Borges “Qarabağ”dan ayrılıb

Kadi Borges “Qarabağ”dan ayrılıb

Futbol
Şəhid jurnalistlərin xatirəsinə keçirilən turnirə yekun vurulub

Şəhid jurnalistlərin xatirəsinə keçirilən turnirə yekun vurulub

Futbol
"Sabah" legioneri ilə müqavilənin müddətini uzadıb

"Sabah" legioneri ilə müqavilənin müddətini uzadıb

Futbol
DÇ-2022-də qalmaqal: Etoo azarkeşi döyüb - VİDEO

DÇ-2022-də qalmaqal: Etoo azarkeşi döyüb - VİDEO

Futbol
Erlinq Holann İngiltərə Premyer Liqasında yeni rekorda imza atıb

Erlinq Holann İngiltərə Premyer Liqasında yeni rekorda imza atıb

Futbol
Qurban Qurbanov İlham Əliyevin paylaşımına münasibət bildirib

Qurban Qurbanov İlham Əliyevin paylaşımına münasibət bildirib

Futbol
Joze Alesio: "Qrupun qalibi Polşadakı oyunda müəyyənləşəcək"

Joze Alesio: "Qrupun qalibi Polşadakı oyunda müəyyənləşəcək"

Futbol
DÇ-2022-nin açılış mərasimi keçirilib

DÇ-2022-nin açılış mərasimi keçirilib

Futbol
Qurban Qurbanov: “Avrokuboklara hansı istəklə başlamışdıqsa, o istəklə oyunlara çıxacağıq”

Qurban Qurbanov: “Avrokuboklara hansı istəklə başlamışdıqsa, o istəklə oyunlara çıxacağıq”

Futbol
Azərbaycan yığması bu gün Millətlər Liqasında son oyununu keçirəcək

Azərbaycan yığması bu gün Millətlər Liqasında son oyununu keçirəcək

Futbol
DÇ-2022: Uels - İran oyununda ilk hissə başa çatıb

DÇ-2022: Uels - İran oyununda ilk hissə başa çatıb

Futbol
İngiltərə Premyer Liqası: "Arsenal" "Liverpul"a qalib gəlib

İngiltərə Premyer Liqası: "Arsenal" "Liverpul"a qalib gəlib