"Sumqayıt" və "Araz-Naxçıvan"ın sabiq futbolçusu I Liqa klubunda
"Araz-Naxçıvan"ın sabiq futbolçusu Elşad Əliyevin yeni klubu bəlli olub.
QELEBE.AZ xəbər verir ki, o, karyerasını "Şimal"da davam etdirəcək.
Bunu Xaçmaz təmsilçisinin mətbuat xidməti açıqlayıb.
26 yaşlı hücumçu yeni komandasında 9 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Əliyev "Sumqayıt-2", "Zaqatala", "Cəbrayıl" və "Şəki Siti"nin də şərəfini qoruyub.

https://qelebe.az//uploads/photo/quotsumqayitquot-ve-quotaraz-naxchivanquotin-sabiq-futbolchusu-i-liqa-klubunda.webp