"Neftçi"nin sabiq müdafiəçisi: "Rusiya futboluna qarşı sanksiyaların heç bir əsası yoxdur"

"Neftçi"nin sabiq müdafiəçisi: "Rusiya futboluna qarşı sanksiyaların heç bir əsası yoxdur"

"Fikrimcə, Rusiya futboluna tətbiq olunan sanksiyaların heç bir əsası yoxdur".

"QELEBE.AZ"un məlumatına görə, bunu "Neftçi"nin və Moskva "Spartak"ının sabiq futbolçusu İqor Mitreski Rusiya yığmaları ilə klublarının FIFA və UEFA bayrağı altında keçirilən yarışlara buraxılmaması barədə "Match TV"yə açıqlamasında deyib.

Şimali makedoniyalı veteran müdafiəçi bildirib ki, idmanı siyasətə qatmaq düzgün deyil: "Bu, dəhşətli qərardır. Nəyə görə idmançılar beynəlxalq yarışlarda iştirak etmirlər? Bu, təkcə futbola aid deyil. Kimsə bunu mənə izah edə bilər? Dünya və Avropa çempionatları Rusiyasız necə keçirilir? Sanksiyalar nə qədər tez götürülsə, bir o qədər yaxşıdır".

Mitreskinin sözlərinə görə, UEFA-dan imtina edib Asiyada oynamaq Rusiyanın özü üçün maraqlı olmayacaq: "Kimə qarşı oynayacaqsan? Qırğızıstana qarşı? Orada komandaların səviyyəsi rus klublarından on dəfə aşağıdır. Bəs azarkeş amili? Əvvəllər MOİK və Zenit UEFA Kubokunu qazanıb, "Spartak" Çempionlar Liqasında top-klublarla başabaş oynayıb".

Qeyd edək ki, İqor Mitreski 2001 - 2004-cü illərdə "Spartak"ın, 2010 - 2014-cü illərdə isə "Neftçi"nin formasını geyinib.

Futbol
Tərlan Əhmədov daha bir futbolçunu "Kəpəz"dən göndərir

Tərlan Əhmədov daha bir futbolçunu "Kəpəz"dən göndərir

Futbol
Klublararası dünya çempionatının yeni formatla keçiriləcəyi təsdiqlənib

Klublararası dünya çempionatının yeni formatla keçiriləcəyi təsdiqlənib

Futbol
İspaniya yığması Luis Enrike ilə yollarını ayırıb

İspaniya yığması Luis Enrike ilə yollarını ayırıb

Futbol
Avropa Liqası: "Fənərbağça" AEK-lə, "Trabzonspor" "Monako" ilə üz-üzə gələcək

Avropa Liqası: "Fənərbağça" AEK-lə, "Trabzonspor" "Monako" ilə üz-üzə gələcək

Futbol
De Brüyne "Mançester Siti"də yeni rekorda imza atıb

De Brüyne "Mançester Siti"də yeni rekorda imza atıb

Futbol
UEFA prezidenti II Elizabetin ölümündən kədərləndiyini bildirib

UEFA prezidenti II Elizabetin ölümündən kədərləndiyini bildirib

Futbol
Mahir Emreli "Milan"a qarşı da oynamayacaq

Mahir Emreli "Milan"a qarşı da oynamayacaq

Futbol
"Araz-Naxçıvan"ın daha bir rəqibi müəyyənləşib

"Araz-Naxçıvan"ın daha bir rəqibi müəyyənləşib

Futbol
"Napoli" və "Atalanta"nın prezidentləri həbs oluna bilər

"Napoli" və "Atalanta"nın prezidentləri həbs oluna bilər

Futbol
Klopp “Mançester Siti” ilə oyunda hakimə qışqırdığı üçün cəzalanıb

Klopp “Mançester Siti” ilə oyunda hakimə qışqırdığı üçün cəzalanıb

Futbol
Əfran İsmayılovun durumuna aydınlıq gəlib

Əfran İsmayılovun durumuna aydınlıq gəlib

Futbol
"Neftçi"nin futbolçusu: "Qarabağ" layiqli qələbə qazandı"

"Neftçi"nin futbolçusu: "Qarabağ" layiqli qələbə qazandı"