Super Liqa: “Beşiktaş” autsayderlə bacarmadı
Türkiyə Super Liqasında XIX tura yekun vurulub.
Apasport.az xəbər verir ki, son gün bir matç keçirilib.
"Beşiktaş" səfərdə autsayder "Eyüpspor"la üz-üzə gəlib. Gərgin keçən qarşılaşmada azarkeşlər 4 qola şahidlik ediblər. Oyun 2:2 hesablı heç-heçə ilə başa çatıb.
Qeyd edək ki, “Beşiktaş” 33 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Aktivində 15 xalı olan “Eyüpspor” isə 16-cı sıradadır.

https://qelebe.az//uploads/photo/super-liqa-beshiktash-autsayderle-bacarmadi.webp