Fransa millisinin üzvü "Fənərbaxça"nın radarında

Fransa millisinin üzvü "Fənərbaxça"nın radarında

“Fənərbaxça” transfer çalışmalarını davam etdirir.

QELEBE.AZ xəbər verir ki, İstanbul təmsilçisi Almaniyanın “Ayntraxt” klubunda çıxış edən Jean-Mattéo Bahoya ilə maraqlanır.

Bu barədə “The Athletic” nəşri məlumat yayıb.

Mənbənin iddiasına görə, 21 yaşlı fransalı futbolçu İngiltərənin bir neçə klubunun da diqqət mərkəzindədir. Bahoyanın “Ayntraxt”la müqaviləsi 2029-cu il iyunun 30-dək qüvvədədir. 

Qeyd edək ki, sol cinah yarımmüdafiəçisi olan Bahoya hücumameyilli yarımmüdafiəçi və hücumçu mövqelərində də oynaya bilir. O, Fransa U-21 millisinin üzvüdür.