"Auqsburq" "Bavariya"nın 27 oyunluq məğlubiyyətsiz seriyasına son qoyub
Almaniya Bundesliqa çempionatının 19-cu turunda "Bavariya" gözlənilməz məğlubiyyətlə üzləşib. Almaniya nəhəngi "Auqsburq"a 1:2 hesabı ilə məğlub olub.
Apasport.az xəbər verir ki, bu, "Bavariya"nın mövsümdə ilk məğlubiyyəti idi.
Klub sonuncu dəfə ötən il martın 8-də evdə "Bohum"a 3:2 hesabı ilə uduzmuşdu.
Bu, Münhen klubunun Almaniya liqasında ikinci ən uzun məğlubiyyətsiz seriyasıdır.

https://qelebe.az//uploads/photo/quotauqsburqquot-quotbavariyaquotnin-27-oyunluq-meglubiyyetsiz-seriyasina-son-qoyub.webp