Türkiyə Kubokunda maraqlı an: İkardi penaltini iki dəfə qaçırdı - VİDEO
Türkiyə Kubokunda II turun oyunları davam edir.
QELEBE.AZ xəbər verir ki, A qrupunda “Qalatasaray” səfərdə III Liqa təmsilçisi “Fethiyespor”la qarşılaşır.
Gərgin keçən oyunda maraqlı hadisə yaşanıb.
Belə ki, görüşün 37-ci dəqiqəsində hakim ev sahiblərinin qapısına on bir metrlik cərimə zərbəsi təyin edib. Lakin “sarı-qırmızılılar”ın hücumçusu Mauro İkardi penaltini iki dəfə dəqiq yerinə yetirə bilməyib. Bundan sonra argentinalı forvard rəqib qapıçının əlini sıxıb.
Qeyd edək ki, ilk hissəsi başa çatan qarşılaşmada hesab açılmayıb – 0:0.

https://qelebe.az//uploads/photo/turkiye-kubokunda-maraqli-an-ikardi-penaltini-iki-defe-qachirdi-video.webp