Qelebə.az / Türkiyə Kubokunda maraqlı an: İkardi penaltini iki dəfə qaçırdı - VİDEO

Türkiyə Kubokunda maraqlı an: İkardi penaltini iki dəfə qaçırdı - VİDEO

13-01-2026, 22:29

Türkiyə Kubokunda II turun oyunları davam edir.

QELEBE.AZ xəbər verir ki, A qrupunda “Qalatasaray” səfərdə III Liqa təmsilçisi “Fethiyespor”la qarşılaşır.

Gərgin keçən oyunda maraqlı hadisə yaşanıb.

Belə ki, görüşün 37-ci dəqiqəsində hakim ev sahiblərinin qapısına on bir metrlik cərimə zərbəsi təyin edib. Lakin “sarı-qırmızılılar”ın hücumçusu Mauro İkardi penaltini iki dəfə dəqiq yerinə yetirə bilməyib. Bundan sonra argentinalı forvard rəqib qapıçının əlini sıxıb.

Qeyd edək ki, ilk hissəsi başa çatan qarşılaşmada hesab açılmayıb – 0:0.

Geri qayıt