Qasperini İtaliya çempionatı tarixinə düşüb
“Roma” İtaliya A Seriyasının XIX turunda “Leççe”ni məğlub edib – 2:0.
Apasport.az xəbər verir ki, bu nəticə paytaxt klubunun çalışdırıcısı Can Pyero Qasperininin çempionatdakı 1000-ci xalı olub.
“Opta”nın məlumatına görə, Qasperini İtaliya A Seriyasında ən çox xal toplayan üçüncü məşqçidir. Birinci sırada 1050 xalla “Milan”a rəhbərlik edən Massimiliano Alleqridir. İkinci isə “Yuventus”un çalışdırıcısı Luçano Spalettidir – 1014 xal.
Qasperini karyerası ərzində İtaliyada “Cenoa”, “Palermo”, “İnter”, “Atalanta”da da işləyib.

https://qelebe.az//uploads/photo/qasperini-italiya-chempionati-tarixine-dushub.webp