Azərbaycan gimnastları üçün antidopinq maarifləndirmə seminarı keçirilib
Azərbaycan Gimnastika Federasiyasının idmançıları üçün antidopinq maarifləndirmə seminarı keçirilib.
Apasport.az xəbər verir ki, AMADA-nın təşkilatçılığı ilə bağlı tutan tədbirdə idmançılara qadağan edilmiş siyahı, dopinq nəzarəti prosesi, eləcə də idmançıların hüquq və öhdəlikləri barədə ətraflı məlumat verilib.
Tədbir interaktiv formatda təşkil olunaraq sual-cavab sessiyaları ilə davam edib.
Seminarın əsas məqsədi idmançıların antidopinq qaydaları üzrə məlumatlılığını artırmaq, mümkün risklərin qarşısını almaq və dürüst rəqabət prinsiplərinə sadiqliyi gücləndirmək olub.

https://qelebe.az//uploads/photo/azerbaycan-gimnastlari-uchun-antidopinq-maariflendirme-seminari-kechirilib.webp