İslam Oyunları: Nigar Mirzəzadə yarımfinalda məğlub olub - YENİLƏNİR
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında yarımfinala vəsiqə qazanan Nigar Mirzəzadə bu turda Qırğızıstan idmançısı Meerim Jumanazarova ilə qarşılaşıb.
Apasport.az xəbər verir ki, təmsilçimiz bu görüşdə 12:1 hesabı ilə məğlub olub.
Nigar bürünc medal üçün xalça üzərinə çıxacaq.
***
12:38
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında güləş üzrə yarışlar davam edir.
Apasport.az xəbər verir ki, 68 kq çəkidə yarışan Nigar Mirzəzadə 1/4 finalda indoneziyalı Desi Sinta ilə üz-üzə gəlib.
Təmsilçimiz rəqibini 12:7 hesabı ilə məğlub edərək yarımfinala vəsiqə qazanıb.

https://qelebe.az//uploads/photo/islam-oyunlari-nigar-mirzezade-yarimfinalda-meglub-olub-yenilenir.webp