Avropa Kuboku: "Neftçi" "Abşeron Lions"la qarşılaşacaq
FIBA Avropa Kubokunun əsas mərhələsində Azərbaycan təmsilçiləri üz-üzə gələcəklər.
Apasport.az xəbər verir ki, I qrupunda yer alan "Neftçi" bu gün "Abşeron Lions"la qarşılaşacaq.
Görüş Bakı İdman Sarayında, saat 19:00-da start götürəcək. Bu komandaların qrupdakı ilk oyununda "Neftçi" 104:86 hesablı qələbəyə sevinib.
Qeyd edək ki, "Neftçi" 8 xalla ikinci pillədə qərarlaşıb. Sonuncu - dördüncü olan "Abşeron Lions"un isə 6 xalı var.

https://qelebe.az//uploads/photo/avropa-kuboku-quotneftchiquot-quotabsheron-lionsquotla-qarshilashacaq.webp