Ülvi Qənizadə İslamiadada medal sahibi ola bilmədi - YENİLƏNİB
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında yunan-Roma güləşi üzrə yarışlar davam edir.
Apasport.az xəbər verir ki, 77 kq çəkidə mübarizə aparan Ülvi Qənizadə bürünc medal uğrunda görüşə çıxıb.
O, özbəkistanlı Abdullo Aliyevlə üz-üzə gəlib. Qarşılaşma rəqibin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
***
14:03
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında yunan-Roma güləşi üzrə yarışlar davam edir.
Apasport.az xəbər verir ki, 77 kq çəkidə mübarizə aparan Ülvi Qənizadə təsəlliverici görüşə çıxıb.
O, tacikistanlı Habibjon Zuhurovu 5:3 hesabı ilə məğlub edərək bürünc uğrunda həlledici görüşə vəsiqə qazanıb.
Ülvi Qənizadə bürünc medal uğrunda özbəkistanlı Abdullo Aliyevlə qarşılaşacaq.

https://qelebe.az//uploads/photo/ulvi-qenizade-islamiadada-medal-sahibi-ola-bilmedi-yenilenib.webp