Avropa çempionatı: Millimiz növbəti oyununa çıxır
Qadın basketbolçulardan ibarət Azərbaycan millisi 2027-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa bu gün çıxacaq.
Apasport.az xəbər verir ki, Evren Alkayanın baş məşqçisi olduğu kollektiv Ukrayna ilə üz-üzə gələcək.
Qarşılaşma Latviyanın paytaxtı Riqada, Bakı vaxtı ilə saat 20:30-da start götürəcək.
Qeyd edək ki, Azərbaycan millisi daha əvvəl Bolqarıstana 48:141, Monteneqroya isə 62:104 hesabı ilə uduzub.

https://qelebe.az//uploads/photo/avropa-chempionati-millimiz-novbeti-oyununa-chixir.webp