Tərlan Əhmədov: "Dörd əsas futbolçumuzun olmaması bizim üçün problem idi"

Tərlan Əhmədov: "Dörd əsas futbolçumuzun olmaması bizim üçün problem idi"

"Fasilədən sonra çempionatdakı ilk matçın ağır keçəcəyini bilirdim. Dörd əsas futbolçumuz yox idi. Bu, bizim üçün problem idi".

"QELEBE.AZ"un məlumatına görə, bunu "Kəpəz"in baş məşqçisi Tərlan Əhmədov "Qəbələ" ilə 2:2 hesablı heç-heçə etdikləri Premyer Liqanın XIX tur oyunundan sonra mətbuat konfransında deyib.

52 yaşlı mütəxəssis iki fərqli hissə izlədiklərini bildirib: "İkinci yarıda komanda hesabı qorumağa çalışdı, amma tapşırıq tamam başqa idi. Səhvlərin hesabına öndə olduğumuz oyunu əldən verdik. Buna baxmayaraq, 1 xal qazandıq. Nəticəni ədalətli hesab edirəm".

Əhmədov cari mövsüm hədəfləri barədə də danışıb: "6-7-ci yer uğrunda mübarizə aparmağı qarşımıza məqsəd qoymuşuq. Birinci dövrədən daha çox xal qazana bilərik. Yeni komandadan çox şey tələb etmək olmur. Cavan oyunçularımız var. Komandada həyəcan olduğu hiss edilir. İndi də də bu problemi yaşadıq. Komanda daha əvvəlki görüşlərdə vacib xallar itirməsəydi, başqa pillədə ola bilərdik. "Kəpəz" azarkeşləri hər zaman uğur tələb edirlər".

Baş məşqçi xorvatiyalı qapıçı Mario Mustapiçin çıxışı haqqında da danışıb: "O, Antalyadakı toplanışda özünü yüksək səviyyədə göstərdi. Orxan Sadıqlı ağır xəstəlik keçirdiyi üçün hazırlıq prosesinə qatılmamışdı. Buna görə öz formasından uzaqdır. Xəstəlikdən sonra əvəzedici heyətlə məşq edib. Orxanın oyun praktikası hazırda azdır".

Mütəxəssis iki mövqeyə transfer istədiklərini sözlərinə əlavə edib: "Amma bizim büdcəmiz buna uyğun deyil. Düşünürəm ki, bu məsələ artıq bağlanıb".

Futbol
Avstriyalı futbolçu Azərbaycan millisi ilə oyunu buraxa bilər

Avstriyalı futbolçu Azərbaycan millisi ilə oyunu buraxa bilər

Futbol
"Çelsi" Fransa millisinin yarımmüdafiəçisi ilə anlaşıb

"Çelsi" Fransa millisinin yarımmüdafiəçisi ilə anlaşıb

Futbol
DÇ-2022: Xorvatiya Mərakeşi məğlub edərək üçüncü yeri tutub

DÇ-2022: Xorvatiya Mərakeşi məğlub edərək üçüncü yeri tutub

Futbol
Azərbaycan millisinin müdafiəçisi yoldaşlıq oyunlarını buraxacaq

Azərbaycan millisinin müdafiəçisi yoldaşlıq oyunlarını buraxacaq

Futbol
Regekampf Rumıniyada daha bir komandanın baş məşqçi postuna əsas namizəddir

Regekampf Rumıniyada daha bir komandanın baş məşqçi postuna əsas namizəddir

Futbol
“Qarabağ”ın Konfrans Liqasında 8 mümkün rəqibi bəlli olub

“Qarabağ”ın Konfrans Liqasında 8 mümkün rəqibi bəlli olub

Futbol
İlin ən çox qazanan futbolçuları açıqlanıb

İlin ən çox qazanan futbolçuları açıqlanıb

Futbol
UEFA reytinqi: Türkiyə irəliləyib, Yunanıstan geriləyib

UEFA reytinqi: Türkiyə irəliləyib, Yunanıstan geriləyib

Futbol
Qurban Qurbanov: “Sevindiklərini görmədim”

Qurban Qurbanov: “Sevindiklərini görmədim”

Futbol
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlanıb

Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlanıb

Futbol
"Mançester Yunayted" derbidə əzmkar qələbə qazanıb

"Mançester Yunayted" derbidə əzmkar qələbə qazanıb

Futbol
“Universitatya Krayova”nın sponsoru Regekampfla maraqlandıqlarını təsdiqləyib

“Universitatya Krayova”nın sponsoru Regekampfla maraqlandıqlarını təsdiqləyib