Yığmamızın İslamiadadakı oyunlarının başlama saatı bəlli olub
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək VI İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın futzal millisinin oyunlarının başlama saatı bəlli olub.
QELEBE.AZ xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyası məlumat yayıb.
Noyabrın 4-də baş tutacaq Liviya - Azərbaycan və 6-da təşkil ediləcək Özbəkistan - Azərbaycan görüşləri saat 17:00-da start götürəcək.
Səudiyyə Ərəbistanı - Azərbaycan matçı isə noyabrın 8-də, saat 20:00-da baş tutacaq.
Qarşılaşmalar Şahzadə Feysəl ibn Fərhad Olimpiya Kompleksində keçiriləcək.

https://qelebe.az//uploads/photo/yigmamizin-islamiadadaki-oyunlarinin-bashlama-saati-belli-olub.webp