Qelebə.az / Yığmamızın İslamiadadakı oyunlarının başlama saatı bəlli olub

Yığmamızın İslamiadadakı oyunlarının başlama saatı bəlli olub

3-11-2025, 14:21

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək VI İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın futzal millisinin oyunlarının başlama saatı bəlli olub.

QELEBE.AZ xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyası məlumat yayıb.

Noyabrın 4-də baş tutacaq Liviya - Azərbaycan və 6-da təşkil ediləcək Özbəkistan - Azərbaycan görüşləri saat 17:00-da start götürəcək.

Səudiyyə Ərəbistanı - Azərbaycan matçı isə noyabrın 8-də, saat 20:00-da baş tutacaq.

Qarşılaşmalar Şahzadə Feysəl ibn Fərhad Olimpiya Kompleksində keçiriləcək.

Geri qayıt