"Qalatasaray" onu yola salır: Bir dəqiqə belə oynamadan göndərilir
"Qalatasaray"ın 22 yaşlı futbolçusu Yusuf Demir komanda ilə vidalaşmağa hazırlaşır.
QELEBE.AZ xəbər verir ki, bu mövsüm bir dəqiqə belə meydana çıxmayan cinah yarımmüdafiəçisi fasilədə "sarı-qırmızılar"la vidalaşacaq.
"Qalatasaray" Yusufu 2022-2023 mövsümündə "Rapid"dən 6 milyon avroya transfer edib.
2023-2024 mövsümündə isə onu "Bazel"ə icarəyə verib.
Bu mövsüm Çempionlar Liqasında 3, Super Liqada 4 matçın heyətində yer alan Yusuf Demir meydana çıxmağa şans tapmayıb.

https://qelebe.az//uploads/photo/quotqalatasarayquot-onu-yola-salir-bir-deqiqe-bele-oynamadan-gonderilir.webp