Millimiz Qazaxıstanda qələbə qazanıb
Qazaxıstanda təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan millisi ilk yoxlama görüşünü keçirib.
QELEBE.AZ xəbər verir ki, yerli komanda ilə üz-üzə gələn yığmamız 2:1 hesablı qələbə qazanıb.
Çimkənd şəhər stadionunda baş tutan oyunda Azərbaycanın qollarını Esra Manya (27) və Sevinc Cəfərzadə (82) vurublar.
Qeyd edək ki, tərəflər arasında ikinci oyun oktyabrın 27-də baş tutacaq.

https://qelebe.az//uploads/photo/millimiz-qazaxistanda-qelebe-qazanib.webp