Almaniya millisinin üzvü zədəsini sağaldıb
"Bavariya"nın gənc ulduzu Camal Musiala zədəsini sağaldıb.
QELEBE.AZ xəbər verir ki, almaniyalı yarımmüdafiəçi artıq fərdi məşqlərə başlayıb.
22 yaşlı futbolçunun təxminən 2 ay ərzində komanda ilə birgə məşqlərə qoşulacağı gözlənilir.
Xatırladaq ki, Almaniya millisinin üzvü olan Musiala FİFA Klublararası Dünya Çempionatının 1/4 final mərhələsində PSJ-yə qarşı keçirilən görüşdə ayağı sınmışdı.

https://qelebe.az//uploads/photo/almaniya-millisinin-uzvu-zedesini-sagaldib.webp