Alleqri "Yuventus"un 15 xalının silinməsinə münasibət bildirib

Alleqri "Yuventus"un 15 xalının silinməsinə münasibət bildirib

"Yuventus"un baş məşqçisi Massimiliano Alleqri komandanın İtaliya A Seriyasında 15 xalının silinməsinə münasibət bildirib.

"Report"un məlumatına görə, 56 yaşlı mütəxəssis bu barədə "Atalanta"ya qarşı keçirəcəkləri XIX tur oyunundan əvvəl mətbuat konfransında açıqlama verib.

Alleqri sabahkı qarşılaşmaya hazırlaşmalı olduqlarını diqqətə çatdırıb: "Biz işləməyə davam etməliyik. Ancaq meydanda nə olacağını düşünməliyik. 15 xal itirəndən sonra vəziyyət dəyişdimi? Xeyr, heç nə dəyişmir. Hər halda, xal qazanmalıyıq. "Atalanta" ilə matç çətin olacaq. Çünki rəqib yaxşı formadadır. Qələbə qazanaraq yeddinci yerə yüksəlməliyik".

İtaliyalı baş məşqçi məhkəmə prosesinin klubun işi olduğunu söyləyib. O, məsələ ilə bağlı apellyasiya şikayəti verəcəklərini də xatırladıb: "Bu, gözlənilməz hadisədir. Lakin sakitliyi qoruyub, qalib gəlmək arzusunu və əzmini nümayiş etdirməliyik. Olacaqları daha sonra düşünəcəyik. Hələlik yeddinci pilləyə qalxmağa çalışacağıq".

Qeyd edək ki, Turin təmsilçisi hazırda 22 xalla 10-cu pillədə qərarlaşıb. Yanvarın 22-də oynanılacaq "Yuventus" - "Atalanta" matçı Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Futbol
Ronaldunun təqdimat mərasimini 3 milyard insan izləyib

Ronaldunun təqdimat mərasimini 3 milyard insan izləyib

Futbol
Varan Danimarka ilə oyuna hazırdır

Varan Danimarka ilə oyuna hazırdır

Futbol
Çempionlar Liqası: IV turun nəticələri

Çempionlar Liqası: IV turun nəticələri

Futbol
Qurban Qurbanov: “Qələbəni şəhidlərimizə və ordumuza həsr edirəm”

Qurban Qurbanov: “Qələbəni şəhidlərimizə və ordumuza həsr edirəm”

Futbol
DÇ-2022: Belçika Mərakeşə uduzub

DÇ-2022: Belçika Mərakeşə uduzub

Futbol
"Qarabağ"ın qapıçısı ciddi zədə alıb

"Qarabağ"ın qapıçısı ciddi zədə alıb

Futbol
“Qəbələ” ikinci hazırlıq matçında qələbə qazanıb

“Qəbələ” ikinci hazırlıq matçında qələbə qazanıb

Futbol
"Mançester Yunayted" klubu gələn ilin əvvəlində satılacaq

"Mançester Yunayted" klubu gələn ilin əvvəlində satılacaq

Futbol
Murad Musayev: "Belə oyunlara başqa cür köklənmək lazımdır"

Murad Musayev: "Belə oyunlara başqa cür köklənmək lazımdır"

Futbol
Qurban Qurbanov: "Frayburq"un bütün futbolçularının adını əzbər bilirəm"

Qurban Qurbanov: "Frayburq"un bütün futbolçularının adını əzbər bilirəm"

Futbol
"Qarabağ"ın rəqibi heç-heçə edib, baş məşqçisi cəzalandırılıb

"Qarabağ"ın rəqibi heç-heçə edib, baş məşqçisi cəzalandırılıb

Futbol
"Sevilya"nın yeni baş məşqçisi bəlli olub

"Sevilya"nın yeni baş məşqçisi bəlli olub