Azərbaycan Taekvondo Federasiyasının təşkilatçılığı ilə dan imtahanı keçirilib

Azərbaycan Taekvondo Federasiyasının təşkilatçılığı ilə dan imtahanı keçirilib

Azərbaycan Taekvondo Federasiyasının (ATF) təşkilatçılığı ilə dan imtahanı keçirilib.

Apasport.az qurumun mətbuat xidmətinə istinadən xəbər veri ki, ATF-nin məşq zalında təşkil olunan imtahana 18 nəfər qatılıb.

İdmançılardan 10-u I, 8-i isə II dan üzrə imtahanlarda iştirak ediblər.

İmtahan ATF-nin texniki direktoru, beynəlxalq dərəcəli referi Oh Kvanq Çeol tərəfindən keçirilib. İmtahanda qurumun baş katibi Aygül Abdullayeva da iştirak edib.