Osimhenin het-triki Nigeriyanı pley-offa daşıdı

Osimhenin het-triki Nigeriyanı pley-offa daşıdı

DÇ-2026-nın Afrika zonası üzrə seçmələri davam edir.

Apasport.az xəbər verir ki, C qrupunda yer alan Nigeriya sonuncu turda öz meydanında ən yaxın rəqibi Benin yığmasını qəbul edib.

“Qalatasaray”ın ulduz hücumçusu Viktor Osimhenin het-trik etdiyi qarşılaşmada ev sahibləri rəqibini 4:0 hesabı ilə darmadağın edib.

Bu qələbədən sonra xallarının sayını 17-yə çatdıran Nigeriya qrupu ikinci pillədə başa vuraraq pley-off mərhələsinə yüksəlib.