Mbappe Fransa yığmasının məşqini buraxıb - SƏBƏB
Futbol üzrə Fransa millisi 2026-cı il dünya çempionatının seçmə mərhələsinin oyunları üçün hazırlığa başlayıblar.
Apasport.az xarici KİV-ə istinadla xəbər verir ki, "Real Madrid"in hücumçusu Kilian Mbappe Fransa millisinin məşqində iştirak etməyib.
Kilian La Liqada "Villarreal" ilə son matçda (3:1) aldığı zədə səbəbindən məşqi buraxıb.
Fransa millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-u Azərbaycan millisinə qarşı çıxış edəcək.

https://qelebe.az//uploads/photo/mbappe-fransa-yigmasinin-meshqini-buraxib-sebeb.webp