“Neftçi”nin baş məşqçisi bir oyunluq cəza alıb

“Neftçi”nin baş məşqçisi bir oyunluq cəza alıb

AFFA İntizam Komitəsinin iclası keçirilib.

QELEBE.AZ xəbər verir ki, iclasda Əvəzedicilər liqasında VI turun oyunları ilə bağlı aşağıdakı qərarlar verilib:

26.09.2025-ci il tarixində Əvəzedicilər liqasında VI turun “Neftçi-2” – “Araz-Naxçıvan-2” oyunu bitdikdən sonra “Neftçi-2” komandasının baş məşqçisi Rəşad Abdullayev hakimin qərarına etiraz etdiyinə görə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalansın, “Neftçi-2” komandası 250 manat cərimə edilsin (maddə 51.2);

26.09.2025-ci il tarixində Əvəzedicilər liqasında VI turun “Kəpəz-2” – “Qarabağ-2” oyununda “Qarabağ-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Qarabağ-2” komandası 70 manat cərimə edilsin (maddə 43.1);

26.09.2025-ci il tarixində Əvəzedicilər liqasında VI turun “Şamaxı-2” – “Sumqayıt-2” oyununda “’Sumqayıt-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “’Sumqayıt-2” komandası 70 manat cərimə edilsin (maddə 43.1);

27.09.2025-ci il tarixində Əvəzedicilər liqasında VI turun “Qəbələ-2” – “Turan Tovuz-2” oyununda topdaşıyan və xərəkdaşıyanlar olmadığına görə “Qəbələ-2” komandası 200 manat cərimə edilsin (maddə 59.1);

27.09.2025-ci il tarixində Əvəzedicilər liqasında VI turun “Zirə-2” – “Sabah-2” oyununda “Zirə-2” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün “Zirə-2” komandası 70 manat cərimə edilsin (maddə 43.1);