Azərbaycanda təşkil olunan III MDB Oyunlarında ilk yarışa start verilib

Azərbaycanda təşkil olunan III MDB Oyunlarında ilk yarışa start verilib

Azərbaycanda təşkil olunan III MDB Oyunlarında bu gün ilk yarışa start verilib.

APA-nın Şirvan bürosu xəbər verir ki, bu gün Qəbələdə stolüstü tennisçilər arasında yarış başlayıb.

Stolüstü tennis yarışı Qəbələ Olimpiya İdman Kompleksində keçirilir. Bu gün kişilər və qadınlar arasında komanda yarışları keçiriləcək. Yarışların ilk günündə finalçılar müəyyənləşəcək.

Kişilər arasında yarışlarda 1/4 finalda Rusiya və Belarus idmançıları qarşılaşacaqlar. Qalib yarımfinalda Qazaxıstan tennisçiləri ilə görüşəcək.

Digər yarımfinalda isə Azərbaycan və Özbəkistan idmançıları mübarizə aparacaq.

Qadınlar arasında yarışlar yarımfinaldan start götürür. Burada Özbəkistan-Rusiya, Belarus-Azərbaycan tennisçiləri qarşılaşacaq.

Yarımfinalın qalibləri ertəsi gün finalda qarşılaşacaq, məğlub olanlar isə III MDB Oyunlarının bürünc medalçıları olacaqlar.

Qeyd edək ki, yarışa 13 ölkədən 1624 idmançı və 2337 nümayəndə qatılacaq. Azərbaycanı 340, Pakistanı 4, Rusiyanı 262, Özbəkistanı 254, Belarusu 240, Qazaxıstanı 147, Tacikistanı 144, Qırğızıstanı 126, Türkmənistanı 48, Türkiyəni 38, Kubanı 11, Küveyti 6, Omanı isə 4 idmançının təmsil edəcəyi dəqiqləşib. Yarışlar 23 idman növü (kamandan oxatma, badminton, 3x3 basketbol, boks, kanoe, çövkən, qılıncoynatma, futbol U-16, yunan-Roma güləşi, cüdo, karate, bədii gimnastika, avarçəkmə, sambo, güllə atıcılığı, stend atıcılığı, üzgüçülük, stolüstü tennis, taekvondo, batut gimnastikası, voleybol, qadın güləşçi, sərbəst güləş) üzrə 12 məkanda təşkil olunacaq. III MDB Oyunları Azərbaycanın yeddi şəhərində - Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə təşkil olunacaq. Açılış mərasimi sentyabrın 28-də, bağlanış mərasimi isə oktyabrın 8-də Gəncə şəhər stadionunda baş tutacaq.

Stolüstü oyunlar
Naxçıvanda Şahmat Olimpiadasının açılışı olub - FOTOLENT

Naxçıvanda Şahmat Olimpiadasının açılışı olub - FOTOLENT

Stolüstü oyunlar
FİDE prezidenti: "Naxçıvanda bilmədiklərimi eşitmək maraqlı oldu"

FİDE prezidenti: "Naxçıvanda bilmədiklərimi eşitmək maraqlı oldu"

Stolüstü oyunlar
Anatoli Karpov sərxoş vəziyyətdə xəstəxanaya yerləşdirilib

Anatoli Karpov sərxoş vəziyyətdə xəstəxanaya yerləşdirilib

Stolüstü oyunlar
Dünya Kuboku Bakıda keçiriləcək

Dünya Kuboku Bakıda keçiriləcək

Stolüstü oyunlar
Naxçıvanda Şahmat Olimpiadasının açılışı olub

Naxçıvanda Şahmat Olimpiadasının açılışı olub

Stolüstü oyunlar
Azərbaycan şahmatçıları Avropa çempionatında iki medal qazanıb

Azərbaycan şahmatçıları Avropa çempionatında iki medal qazanıb

Stolüstü oyunlar
Azərbaycanın iki şahmatçısı FİDE reytinqində “100-lüy”ü tərk edib

Azərbaycanın iki şahmatçısı FİDE reytinqində “100-lüy”ü tərk edib

Stolüstü oyunlar
Azərbaycan şahmatçısı dünya çempionu olub

Azərbaycan şahmatçısı dünya çempionu olub

Stolüstü oyunlar
Azərbaycan Olimpiadada bürünc medal qazanıb

Azərbaycan Olimpiadada bürünc medal qazanıb

Stolüstü oyunlar
Naxçıvanda təşkil olunacaq Olimpiada ilə bağlı iclas keçirilib

Naxçıvanda təşkil olunacaq Olimpiada ilə bağlı iclas keçirilib