"Qarabağ"ın rəqibində yeni müqavilə

"Qarabağ"ın rəqibində yeni müqavilə

"Napoli" Matteo Politano ilə bağlı qərarını verib.

Apasport.az xəbər verir ki, klub onunla yeni müqavilə imzalayıb.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Tərəflər 2028-ci ilin yayına qədər nəzərdə tutulan sözləşmə bağlayıblar. "Napoli" Matteo Politano 2021-ci ilin yayında "İnter"dən transfer edib.

Qeyd edək ki, "Qarabağ"ın Çempionlar Liqasında "Napoli" ilə oyunu noyabrın 26-da baş tutacaq.