Artetadan unikal nailiyyət

Artetadan unikal nailiyyət

Mikel Arteta unikal nailiyyətə imza atıb.

Apasport.az xəbər verir ki, o, buna Premyer Liqanın "Mançester Siti" ilə görüşündə imza atıb.

Mütəxəssisin rəhbərliyi altında "Arsenal" "şəhərlilər"ə uduzmayıb - 1:1.

Bununla da, Arteta ardıcıl 5 matçda Xosep Qvardiolaya məğlub olmayan məşqçi olub. O, bunu bacaran yeganə mütəxəssisdir.

Qeyd edək ki, həmin oyunların 2-də "Arsenal" qələbə qazanıb. Digər 3 qarşılaşmada isə qalib müəyyənləşməyib.