Stolüstü tennisçilərimizdən iki medal

Stolüstü tennisçilərimizdən iki medal

Azərbaycanın yeniyetmə stolüstü tennisçiləri Gürcüstanın Batumi şəhərində keçirilən "WTT Youth Contender" turnirində mükafat qazanıblar.

Apasport.az xəbər verir ki, Mehin Mirzəbalayeva ilə Vaqif Babayev U-13 kateqoriyasında üçüncü yerə çıxıblar.

Qeyd edək ki, beynəlxalq yarışa sentyabrın 21-də yekun vurulacaq.