U-16 millimiz Gürcüstanı məğlub etdi
Bakıda təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ilk yoxlama görüşünə çıxıb.
Apasport.az xəbər verir ki, U-16 Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Görüş millimizin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qələbə qolunu 73-cü dəqiqədə Tunar Bayramov vurub .

https://qelebe.az//uploads/photo/u-16-millimiz-gurcustani-meglub-etdi.webp