Basketbolçularımız Avropa Kubokunda mübarizəyə başlayır

Basketbolçularımız Avropa Kubokunda mübarizəyə başlayır

3x3 basketbol üzrə qadınlardan ibarət Azərbaycan milli komandası Kopenhagendə keçiriləcək Avropa Kubokunun final mərhələsində bu gün ilk oyunlarını keçirəcək.

Apasport.az xəbər verir ki, B qrupunda mübarizə aparacaq yığmamız Fransa və Ukrayna milliləri ilə üz-üzə gələcək.

Millimiz ilk görüşünü saat 13:55-də Fransa yığmasına qarşı keçirəcək. Daha sonra isə komandamız 20:25-də Ukrayna ilə qarşılaşacaq.