Qelebə.az / Basketbolçularımız Avropa Kubokunda mübarizəyə başlayır

Basketbolçularımız Avropa Kubokunda mübarizəyə başlayır

5-09-2025, 11:44

3x3 basketbol üzrə qadınlardan ibarət Azərbaycan milli komandası Kopenhagendə keçiriləcək Avropa Kubokunun final mərhələsində bu gün ilk oyunlarını keçirəcək.

Apasport.az xəbər verir ki, B qrupunda mübarizə aparacaq yığmamız Fransa və Ukrayna milliləri ilə üz-üzə gələcək.

Millimiz ilk görüşünü saat 13:55-də Fransa yığmasına qarşı keçirəcək. Daha sonra isə komandamız 20:25-də Ukrayna ilə qarşılaşacaq.

Geri qayıt