"Qalatasaray" istədi - "İnter" aldı

"Qalatasaray" istədi - "İnter" aldı

"İnter" "Qalatasaray"ın da yaxından maraqlandığı Manuel Akanjini heyətinə qatıb.

Apasport.az xəbər verir ki, bu barədə Milan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Razılaşmaya əsasən, müqavilə ilə "Mançester Siti"yə məxsus olan müdafiəçi bir illik icarə əsasında İtaliya klubunun şərəfini qoruyacaq.

Qeyd edək ki, 30 yaşlı isveçrəli oyunçu ötən mövsüm "şəhərlilər"in heyətində 26 matçda iştirak edib.