Azərbaycanın 3x3 basketbol millisinin Dünya Qadın Seriyasının Səbail mərhələsindəki oyunlarının başlama saatı müəyyənləşib
Azərbaycanın 3x3 basketbol millisinin Dünya Qadın Seriyasının Səbail mərhələsindəki oyunlarının başlama saatı müəyyənləşib.
"Report" xəbər verir ki, yığma B qrupunda ilk görüşünü avqustun 23-də, saat 18:30-da Çexiyaya qarşı keçirəcək.
Ardınca milli saat 20:10-da Filippinə qarşı mübarizə aparacaq.
Qrupda ilk iki yeri tutan kollektivlər 1/4 finala vəsiqə qazanacaqlar.
Qeyd edək ki, Bakıda keçiriləcək turnir avqustun 24-dək davam edəcək.

https://qelebe.az//uploads/photo/azerbaycanin-3x3-basketbol-millisinin-dunya-qadin-seriyasinin-sebail-merhelesindeki-oyunlarinin-bashlama-saati-mueyyenleshib.webp











