Azərbaycanın 3x3 basketbol millisinin Dünya Qadın Seriyasının Səbail mərhələsindəki oyunlarının başlama saatı müəyyənləşib.
"Report" xəbər verir ki, yığma B qrupunda ilk görüşünü avqustun 23-də, saat 18:30-da Çexiyaya qarşı keçirəcək.
Ardınca milli saat 20:10-da Filippinə qarşı mübarizə aparacaq.
Qrupda ilk iki yeri tutan kollektivlər 1/4 finala vəsiqə qazanacaqlar.
Qeyd edək ki, Bakıda keçiriləcək turnir avqustun 24-dək davam edəcək.