"İmişli" klubu Qubadakı stadionda bir sıra əsaslı yeniliklər həyata keçirib

"İmişli" klubu Qubadakı stadionda bir sıra əsaslı yeniliklər həyata keçirib

"İmişli" klubu Quba Olimpiya İdman Kompleksinin stadionunda Peşəkar Futbol Liqasının (PFL) tələblərinə uyğun olaraq bir sıra əsaslı yeniliklər həyata keçirib.

Bu barədə "Report"a bölgə təmsilçisinin mətbuat xidmətinin rəhbəri Leyla Behbudlu məlumat verib.

O, sözügedən arenada təmir işlərinin davam etdiyini bildirib:

"İmişli" klubu ev oyunlarını keçirəcəyi Quba Olimpiya İdman Kompleksinin stadionunda artıq bir müddətdir ki, təmir və yenidənqurma işlərinə başlayıb. Hazırda stadionda PFL-in tələblərinə uyğun olaraq bir sıra əsaslı yeniliklər həyata keçirilir. Paltardəyişmə otaqları, o cümlədən hakimlər, AFFA nümayəndələri üçün nəzərdə tutulan otaqlar müasir standartlara uyğunlaşdırılır. Konfrans zalı yaradılıb, media zonası hazır vəziyyətə gətirilir. O cümlədən "CBC Sport"un yayım tələblərinə uyğun texniki platformalar quraşdırılır. "İmişli" ev oyunlarını sentyabrdan etibarən Quba şəhərində keçirməyi planlaşdırır. Bu məqsədlə bütün zəruri addımlar atılıb və prosesə nəzarət diqqətlə həyata keçirilir".

Qeyd edək ki, "İmişli" I turda "Turan Tovuz"u Şamaxı şəhər stadionunda qəbul edib. Qarşılaşma Tovuz klubunun minimalhesablı qələbəsi ilə bitib - 1:0.

Futbol
Mahir Emreli: "Səhvlərimizi təhlil etməliyik"

Mahir Emreli: "Səhvlərimizi təhlil etməliyik"

Futbol
Moldova - Azərbaycan oyunu başlayıb

Moldova - Azərbaycan oyunu başlayıb

Futbol
Azərbaycanın əsas millisinin üzvü U-21 yığmasına cəlb olunub

Azərbaycanın əsas millisinin üzvü U-21 yığmasına cəlb olunub

Futbol
Əli Daeinin İrandan çıxışına qadağa qoyulub

Əli Daeinin İrandan çıxışına qadağa qoyulub

Futbol
Azərbaycan komandasının Çempionlar Liqasının 1/4 finalındakı rəqibi müəyyənləşib

Azərbaycan komandasının Çempionlar Liqasının 1/4 finalındakı rəqibi müəyyənləşib

Futbol
Azərbaycan Premyer Liqası: Daha 2 turun oyun cədvəli bəlli olub

Azərbaycan Premyer Liqası: Daha 2 turun oyun cədvəli bəlli olub

Futbol
Canni De Byazi: "Millidə uğur qazanmaq üçün əlimdən gələni edirəm"

Canni De Byazi: "Millidə uğur qazanmaq üçün əlimdən gələni edirəm"

Futbol
DÇ-2022: Brazilya Serbiyanı məğlub edib

DÇ-2022: Brazilya Serbiyanı məğlub edib

Futbol
Samir Abasov: "Komandanın üzərində dəmir yumruq da olacaq"

Samir Abasov: "Komandanın üzərində dəmir yumruq da olacaq"

Futbol
"Qarabağ"ın kapitanı: "Bu qələbə əsgərlərimizin zəfərinin yanında dəyərsizdir"

"Qarabağ"ın kapitanı: "Bu qələbə əsgərlərimizin zəfərinin yanında dəyərsizdir"

Futbol
Messi kubok matçında oynamayacaq

Messi kubok matçında oynamayacaq

Futbol
La Liqa: "Barselona" darmadağın hesabla qalib gəlib

La Liqa: "Barselona" darmadağın hesabla qalib gəlib