Azərbaycan millisinin baş məşqçisi: "Yer aldığımız qrupda ilk iki yerdən birini tutmaq istəyirik"

Azərbaycan millisinin baş məşqçisi: "Yer aldığımız qrupda ilk iki yerdən birini tutmaq istəyirik"

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisinin baş məşqçisi Aqil Nəbiyev Avropa çempionatının 2025/2026 mövsümünün birinci mərhələsində yer aldıqları qrupda uğurlu nəticəyə imza atacaqlarına ümid edir.

Bunu "QELEBE.AZ"a açıqlamasında mütəxəssis özü bildirib.

O, hazırda Bakıda davam edən, avqustun 17-dən 22-dək isə Monteneqronun paytaxtı Podqoritsada keçiriləcək təlim-məşq toplanışı barədə danışıb:

"Bildiyiniz kimi, Avropa çempionatında Fransa, İsrail və Rumıniya yığmalarına rəqib olmuşuq. Rəqiblərimiz çətindir, bununla belə, oyunlara ciddi hazırlaşırıq. Təəssüf ki, zədəli futbolçularımız var. Qapıçımız Rauf Əyyubov bu gün barmağından əməliyyat olunacaq. Bundan başqa, bərpa prosesi keçən bir neçə futbolçularımız da var. Hazırlığın ilk mərhələsini Bakıda, ikinci hissəsini isə Monteneqroda davam etdirəcəyik. Bu ölkənin komandası ilə yoxlama oyununda qarşılaşacağıq".

Mütəxəssis yoxlama oyununda qarşılaşacaqları rəqibi təhlil etdiklərini söyləyib:

"Mart ayından bu yığmaya təyin olunmuşam. Qısa müddət ərzində çox şeyi dəyişmək olmur. Ümid edirəm ki, yaxşı oyun sərgiləyib, qrupda ilk iki yerdən birini tutacağıq. Yoxlama oyununda üz-üzə gələcəyimiz Monteneqronu təhlil etmişik. Son görüşlərini qələbə ilə başa vurublar. Meydanda istədiklərimizi həyata keçirsək, qələbə qazana bilərik. Təəssüf ki, futbolçularımızın bəzilərinin fiziki durumunda problemlər var. İnşallah, zamanla həll olunacaq. Futbolçular uzun müddət bərabər olsalar, bir-birilərini daha yaxşı başa düşərlər".

Qeyd edək ki, Avropa çempionatının birinci mərhələsində 9-cu qrupda yer alan U-17 yığmamız Fransa, İsrail və Rumıniya seçmələri ilə mübarizə aparacaq. Birinci mərhələnin oyunları 2025-ci ilin iyul-noyabr ayları aralığında keçiriləcək.

Futbol
Azərbaycan Premyer Liqası: Daha 5 turun vaxtı açıqlanıb

Azərbaycan Premyer Liqası: Daha 5 turun vaxtı açıqlanıb

Futbol
Ronaldu rəqib qapıçı ilə toqquşmadan sonra ciddi xəsarət alıb

Ronaldu rəqib qapıçı ilə toqquşmadan sonra ciddi xəsarət alıb

Futbol
Tərlan Əhmədov: “Komandanı toparlamaq çətin idi”

Tərlan Əhmədov: “Komandanı toparlamaq çətin idi”

Futbol
Məhəmməd Salah Çempionlar Liqasında iki rekorda imza atıb

Məhəmməd Salah Çempionlar Liqasında iki rekorda imza atıb

Futbol
Keçmiş futbolçu avtomobil qəzasında ölüb

Keçmiş futbolçu avtomobil qəzasında ölüb

Futbol
Avstriyalı futbolçu Azərbaycan millisi ilə oyunu buraxa bilər

Avstriyalı futbolçu Azərbaycan millisi ilə oyunu buraxa bilər

Futbol
"Real Madrid" Xorvatiya millisinin müdafiəçisini transfer etmək istəyir

"Real Madrid" Xorvatiya millisinin müdafiəçisini transfer etmək istəyir

Futbol
Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulub

Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulub

Futbol
Konfrans Liqası: "Qarabağ"ın pley-offdakı rəqibi bəlli olub

Konfrans Liqası: "Qarabağ"ın pley-offdakı rəqibi bəlli olub

Futbol
Azərbaycan millisinin baş məşqçisi: "İkinci hissədə gücümüz çatmadı"

Azərbaycan millisinin baş məşqçisi: "İkinci hissədə gücümüz çatmadı"

Futbol
Avropa Liqası: "Arsenal" təxirə salınmış oyunda PSV ilə qarşılaşacaq

Avropa Liqası: "Arsenal" təxirə salınmış oyunda PSV ilə qarşılaşacaq

Futbol
AVRO-2024: Azərbaycan yığmasının oyunlarının təqvimi açıqlanıb

AVRO-2024: Azərbaycan yığmasının oyunlarının təqvimi açıqlanıb