“İmişli” əvəzedici komanda ilə bacarmadı
Bu mövsüm Misli Premyer Liqasında mübarizə aparacaq “İmişli” yoxlama matçı keçirib.
Apasport.az xəbər verir ki, bölgə klubu Əvəzedicilər Liqasında çıxış edən “Sumqayıt 2” ilə üz-üzə gəlib.
Bakı Olimpiya Stadionunun məşq meydançasında baş tutan görüşdə hesab açılmayıb.

https://qelebe.az//uploads/photo/imishli-evezedici-komanda-ile-bacarmadi.webp