Azərbaycan və dünya qılıncoynatmasının simvollarından sayılan Yaşar Məmmədovun 90 yaşı qeyd olunub

Azərbaycan və dünya qılıncoynatmasının simvollarından sayılan Yaşar Məmmədovun 90 yaşı qeyd olunub

Azərbaycan və dünya qılıncoynatmasının simvollarından sayılan, canlı əfsanə, qılıncoynatmanın ölkəmizdə inkişafında müstəsna xidmətləri olan, dəfələrlə olimpiya zirvələrini fəth etmiş qılıncoynadanların ustadı Yaşar Məmmədovun 90 yaşı qeyd olunub.

Bu barədə "Report"a Azərbaycan Qılıncoynatma Federasiyasından məlumat verilib.

Yaşar Məmmədovun 90 illik yubileyinə həsr olunan mərasimdə Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Qılıncoynatma Federasiyasının nümayəndələri, Yaşar Məmmədovun ailə üzvləri iştirak edib.

Tədbiri giriş sözü ilə açan Məmmədovlar ailəsi qonaqları salamlayaraq, yubilyarın ad gününü onlarla birgə qeyd etdikləri üçün mərasim iştirakçılarına təşəkkür ediblər.

Ardınca Yaşar müəllimin 90 illik həyat yolu ilə bağlı videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Gənclər və İdman Naziri Fərid Qayıbov, Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti Balakişi Qasımov "Şöhrət"ordenli, Prezident təqaüdçüsü, 2014-cü ildə adı Beynəlxalq Qılıncoynatma Federasiyasının Şöhrət Zalına daxil edilən Yaşar Məmmədovla bağlı xatirələrini bölüşərək, ad gününü təbrik etməklə yanaşı xatirə hədiyyələrini təqdim ediblər.

Mərasimdə Beynəlxalq Qılıncoynatma Federasiyasının müvəqqəti prezidenti Abdel Monem El-Husseini, Türkiyə, Gürcüstan, Bolqarıstan, Belarus qılıncoynatma federasiyalarının sabiq və hazırkı prezidentləri, olimpiya çempionlarının doğum günü təbrikləri nümayiş olunub.

Azərbaycan idman ictimaiyyətinin tanınmış simalarının iştirak etdiyi tədbir bədii hissə ilə davam edib.

Fərdi
Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Fərdi
"Formula 1" prezidenti: "Sprint yarışı ev sahibi olanlara əlavə dəyər qatacaq”

"Formula 1" prezidenti: "Sprint yarışı ev sahibi olanlara əlavə dəyər qatacaq”

Fərdi
Su İdman Sarayında "Birlikdə üzək" adlı yarışa start verilib

Su İdman Sarayında "Birlikdə üzək" adlı yarışa start verilib

Fərdi
Azərbaycan Premyer Liqasının V turuna təyinatlar açıqlanıb

Azərbaycan Premyer Liqasının V turuna təyinatlar açıqlanıb

Fərdi
FIDE reytinqi: Azərbaycanın dünya çempionu 36 pillə irəliləyib

FIDE reytinqi: Azərbaycanın dünya çempionu 36 pillə irəliləyib

Fərdi
Kikboksinq üzrə Respublika Kubokunun qalibləri bəlli olub

Kikboksinq üzrə Respublika Kubokunun qalibləri bəlli olub

Fərdi
Xəzər dənizində avarçəkmə üzrə ilk test yürüşləri keçirilib

Xəzər dənizində avarçəkmə üzrə ilk test yürüşləri keçirilib

Fərdi
Rusiya cüdoçularının dünya çempionatına buraxılmayacağı təsdiqlənib

Rusiya cüdoçularının dünya çempionatına buraxılmayacağı təsdiqlənib

Fərdi
Premyer Liqada tarixi uğur: Azərbaycan karateçiləri altı medalla yarışı başa vurub

Premyer Liqada tarixi uğur: Azərbaycan karateçiləri altı medalla yarışı başa vurub

Fərdi
ABŞ-ın məşhur güləşçiləri Con Smit və Salli Robertson Bakıya gəlib

ABŞ-ın məşhur güləşçiləri Con Smit və Salli Robertson Bakıya gəlib

Fərdi
Azərbaycanın şahmat komandaları Avropa Kubokuna qələbə ilə başlayıb

Azərbaycanın şahmat komandaları Avropa Kubokuna qələbə ilə başlayıb

Fərdi
Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyi keçiriləcək

Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyi keçiriləcək