Raşford rəsmən "Barsa"da
"Barselona" İngiltərə nəhəngi "Mançester Yunayted"in ulduz futbolçusu Markus Raşfordu icarəyə götürüb.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İspan nəhənginin rəsmi açıqlamasında, Raşfordun 1 il icarə əsasında La Liqa klubunda çıxış edəcəyi bildirilib.
Onun müqaviləsinə satın alma variantı da daxil edilib.
Qeyd edək ki, Raşford ötən mövsümün ikinci yarısında icarə əsasında "Aston Villa"nın formasını geyinib. O, 17 matçda 4 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

https://qelebe.az//uploads/photo/rashford-resmen-quotbarsaquotda.webp