"Qarabağ"a İrlandiya klubu ilə səfər matçı üçün 306 bilet ayrılıb

"Qarabağ"a İrlandiya klubu ilə səfər matçı üçün 306 bilet ayrılıb

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində keçiriləcək “Şelburn" (İrlandiya) - “Qarabağ” matçını Dublindəki “Tolka Park" stadionunda izləmək istəyən qonaq azarkeşlər üçün ayrılmış 306 vauçer bu gün satışa çıxarılacaq.

Bu barədə "Report"a klubun mətbuat xidmətindən məlumat verilib.

Biletlər saat 15:00-dan etibarən iTicket.az-da onlayn şəkildə satışda olacaq. Azarkeşlər əldə etdikləri vauçerləri oyun günü stadionun "E" sektoru qarşısında biletə dəyişməlidir. Biletlərin qiyməti böyüklər üçün 25 avro, uşaqlar və tələbələr üçün isə 20 avrodur.

"Qarabağ"ın azarkeşləri üçün "Tolka Park" stadionunda 306 yer ayırılıb.

Vauçerləri əldə edən şəxslər şəxsiyyəti təsdiq edən sənədi təqdim etdikdən sonra onları biletə dəyişə biləcəklər. Vauçerləri biletə dəyişmək üçün kassalar matçın start fitindən 2 saat öncə açılacaq.

Qeyd edək ki, "Şelburn" - "Qarabağ" oyunu iyulun 23-də, Bakı vaxtı ilə saat 22:45-də start götürəcək. Qurban Qurbanovun komandası bu gün çarter reysi ilə Dublinə yollanacaq.

Futbol
“Qalatasaray” “Sivasspor”un futbolçusunu transfer edib

“Qalatasaray” “Sivasspor”un futbolçusunu transfer edib

Futbol
Ronaldu karyerasını ABŞ-da davam etdirə bilər

Ronaldu karyerasını ABŞ-da davam etdirə bilər

Futbol
“Yuventus”la bağlı yenidən cinayət işi açılıb

“Yuventus”la bağlı yenidən cinayət işi açılıb

Futbol
Eden Azar: “Yaxşı oynasam, dünya çempionu olarıq”

Eden Azar: “Yaxşı oynasam, dünya çempionu olarıq”

Futbol
Avropa Liqasında V tura yekun vurulub

Avropa Liqasında V tura yekun vurulub

Futbol
PFL stadionlardakı projektor problemini həll etmək istəyir

PFL stadionlardakı projektor problemini həll etmək istəyir

Futbol
Ronaldu ABŞ klubundan imtina edib

Ronaldu ABŞ klubundan imtina edib

Futbol
Fransa klubu erməni futbolçunu Bakıya gətirməyəcək

Fransa klubu erməni futbolçunu Bakıya gətirməyəcək

Futbol
“Sokrates kuboku”nun ilk qalibi bilinib

“Sokrates kuboku”nun ilk qalibi bilinib

Futbol
Qara Qarayev: "2023-cü ildə də uğurlar qazanacağıq"

Qara Qarayev: "2023-cü ildə də uğurlar qazanacağıq"

Futbol
"Qarabağ"ın kapitanı zədələnib

"Qarabağ"ın kapitanı zədələnib

Futbol
DÇ-2022: Niderland Seneqala qalib gəlib  - YENİLƏNİB-2

DÇ-2022: Niderland Seneqala qalib gəlib - YENİLƏNİB-2