Şamaxıda "Milli Mətbuat – 150" minifutbol turniri start götürüb

Şamaxıda "Milli Mətbuat – 150" minifutbol turniri start götürüb

Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi ilə bağlı Şamaxıda jurnalistlər arasında minifutbol turniri start götürüb.

"Report"un bölgəyə ezam olunan əməkdaşı xəbər verir ki, Yurd.Media və İdman Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə Şamaxı Olimpiya İdman Kompleksində təşkil olunan yarışın açılış mərasimində Şamaxı Rayon İcra Hakimiyyətinin, Gənclər və İdman Nazirliyinin məsul şəxsləri, şəhid ailələrinin üzvləri, tanınmış ictimai xadimlər iştirak ediblər.

İdman Araşdırmalar Mərkəzinin sədri Elşən Məmmədov turnirin formatı barədə məlumat verərək bildirib ki, iştirak edəcək komandalar Azərbaycanda XIX əsrin ilk nəşrləri - "Əkinçi", "Ziya", "Kəşkül" və "Kaspi" kimi adlandırılıb.

Daha sonra xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, ölkəmizin suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların və dünyasını dəyişmiş media nümayəndələrinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.

Şamaxı Rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Rəşad Əliyev turnirin açılışında bütün iştirakçıları salamlayaraq Milli Mətbuatın 150 illiyi münasibətilə bütün jurmnalistləri təbrik edib. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə media və idmanın inkişafına göstərilən xüsusi diqqət və qayğını qeyd edib.

Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Şamaxı rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Şahmar Hüseynov da çıxışında turnirdə iştirak edən bütün jurnalistlərə uğurlar arzulayıb. Ş.Hüseynov bildirib ki, əsası "Əkinçi" qəzeti ilə qoyulan milli mətbuatımız zəngin tarixi yol keçib.

Digər təşkilatçı "Yurd.Media"nın baş redaktoru Murad Əliyev çıxışında qeyd edib ki, turnirdə çap və onlayn media, həmçinin televiziya kanallarının həm paytaxtda, həm bölgələrdə fəaliyyət göstərən nümayəndələri öz qüvvəsini sınayacaq. O vurğulayıb ki, belə yarışlar mətbuat işçiləri arasında həmrəyliyin daha da möhkəmlənməsinə töhfəsini verir.

Açılışda çıxış edən Xalq artisti İlham Namiq Kamal qeyd edib ki, bu ərəfələrdə Azərbaycanda milli mətbuatın yubileyi geniş qeyd edilir. O vurğulayıb ki, istər mədəniyyət sahəsindən, istər idman və ictimai-siyasi sahələr üzrə fəaliyyət göstərən Azərbaycan jurnalistləri xüsusi diqqətə layiqdirlər.

Xalq artistinə turnirin iştirakçılarının imzalı topu hədiyyə olunub.

Yarışın informasiya dəstəkçisi olan “Teleqraf” İnformasiya Agentliyinin direktoru İmdad Əlizadə qeyd edib ki Şamaxı hər zaman ölkə ədəbiyyatına və mediasına yaradıcı insanlar bəxş edib. Onun sözlərinə görə, qələm sahiblərinin də məhz Şamaxıda toplaşması rəmzi məna daşıyır.

Azərbaycanın tanınmış şairi Şəhriyar del Gerani də çıxışında Şamaxının söz ustalarının beşiyi olduğunu qeyd edib və jurnalistlərin son dövrlər bu rayonda bir sıra mühüm tədbirlər təşkil etdiyini vurğulayıb.

Sonra tədbirdə iştirak edən şəhid ailələrinin üzvlərinə fəxri fərmanlar və hədiyyələr təqdim olunub.

Turnirin açılış oyununda topa rəmzi toxunuşu İlham Namiq Kamal edib.

İctimai-siyasi xəbər saytlarının jurnalistlərindən ibarət “Ziya” komandası televiziya işçilərindən formalaşan “Kaspi” ilə qarşılaşıb. Oyun 8:2 hesabı ilə televiziyaçıların xeyrinə yekunlaşıb.

Sonra idman saytlarının nümayəndələrinin olduğu "Kəşkül" kollektivi informasiya agentlikləri və qəzetlərin jurnalistlərindən ibarət "Əkinçi" ilə qarşılaşıb. Bu matçda da idman sahəsi üzrə ixtisaslaşmış jurnalistlər daha güclü olub - 3:2.

Beləliklə, iyulun 20-də keçiriləcək final oyununda “Kaspi” və “Kəşkül”, 3-cü yer uğrunda matçda isə “Ziya” ilə “Əkinçi” komandaları üz-üzə gələcək.

Qalibə kubok təqdim olunacaq, ilk 3 yerin sahibləri medallarla, bütün iştirakçılar isə fəxri fərmanlarla təltif ediləcəklər.

Qeyd edək ki, yarış Gənclər və İdman Nazirliyi, AFFA və Şamaxı Olimpiya İdman Kompleksinin təşkilatı dəstəyi ilə keçirilir.

Futbol
KİV: “Qətərdə keçirilən dünya çempionatında daha bir jurnalist dünyasını dəyişib”

KİV: “Qətərdə keçirilən dünya çempionatında daha bir jurnalist dünyasını dəyişib”

Futbol
PSJ klubu “Qarabağ”ın yer aldığı məğlubedilməzlər siyahısını tərk edib

PSJ klubu “Qarabağ”ın yer aldığı məğlubedilməzlər siyahısını tərk edib

Futbol
"Qarabağ"ın futbolçusu karyerasını Rusiyada davam etdirə bilər

"Qarabağ"ın futbolçusu karyerasını Rusiyada davam etdirə bilər

Futbol
Abdullah Zubir: "Olimpiakos" bizi yaxşı analiz etmişdi"

Abdullah Zubir: "Olimpiakos" bizi yaxşı analiz etmişdi"

Futbol
AFFA İntizam Komitəsi Premyer Liqa klublarını cəzalandırıb

AFFA İntizam Komitəsi Premyer Liqa klublarını cəzalandırıb

Futbol
Riad Rəfiyev: "Neftçi"yə rəhbərlik etməyi düşünməmişəm"

Riad Rəfiyev: "Neftçi"yə rəhbərlik etməyi düşünməmişəm"

Futbol
"Qəbələ"nin legioneri virusa yoluxub

"Qəbələ"nin legioneri virusa yoluxub

Futbol
“Araz-Naxçıvan”ın üzvü: “Oyun ərəfəsində atmosferi korlayan bu məqamdır”

“Araz-Naxçıvan”ın üzvü: “Oyun ərəfəsində atmosferi korlayan bu məqamdır”

Futbol
"Qarabağ"ın Antalyadakı yoxlama oyunlarının tarixləri bəlli olub

"Qarabağ"ın Antalyadakı yoxlama oyunlarının tarixləri bəlli olub

Futbol
AVRO-2024: Azərbaycan millisi 4-cü səbətdə yer alacaq

AVRO-2024: Azərbaycan millisi 4-cü səbətdə yer alacaq

Futbol
DÇ-2022: Argentinanın Fransaya, cənubi amerikalıların avropalılara qarşı üstünlüyü - TƏHLİL

DÇ-2022: Argentinanın Fransaya, cənubi amerikalıların avropalılara qarşı üstünlüyü - TƏHLİL

Futbol
Niderland millisinin üzvünə "Qızıl qaban" mükafatı verilib

Niderland millisinin üzvünə "Qızıl qaban" mükafatı verilib