“Turan Tovuz” Türkiyə klubuna qarşı - YENİLƏNİR
Yeni mövsüm üçün hazırlıqlarını Türkiyədə davam etdirən "Turan Tovuz" bu gün ilk yoxlama matçına çıxacaq.
Apasport.az xəbər verir ki, Tovuz təmsilçisi Türkiyə I Liqasının komandası “Çorum”la qarşılaşacaq.
Görüşə Bakı vaxtı ilə saat 18:00-da start veriləcək.
Qeyd edək ki, “Çorum”un heyətində Azərbaycan millisinin üzvü Coşqun Diniyev də çıxış edir.

https://qelebe.az//uploads/photo/turan-tovuz-turkiye-klubuna-qarshi-yenilenir.webp